Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-08 17:53:00
Qırx mindən çox abituriyent ərizəsini təsdiqləyib

Yay qəbul imtahanlarına ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, iyunun 8-i saat 17.30-a olan məlumata görə, I ixtisas qrupu üzrə ümumilikdə 15538, II ixtisas qrupu üzrə 8299, III ixtisas qrupu üzrə 13081, IV ixtisas qrupu üzrə 3427 nəfər ərizəsini təsdiq edib. Beləliklə, 4 ixtisas qrupu üzrə ümumilikdə 40345 nəfər ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ərizə qəbulu iyunun 12-dək davam edəcək.