Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-08 16:31:00
Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenə qarşı mübarizə aparacaq

İyunun 8-də Norveçin Stavanger şəhərində “Altibox Norway Chess 2019” superturnirinin dördüncü turuna start verilib.

AzEdu.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dördüncü turda norveçli dünya çempionu Maqnus Karlsen ilə qarşılaşır.

Üç turun nəticəsinə görə Ş.Məmmədyarovun aktivində 3,5 xal var. Turnirə 5 xalla M.Karlsen liderlik edir. Din Liren (Çin), Uesli So (ABŞ) və L.Aronyanın (Ermənistan) 4, Yu Yanqyi (Çin), F.Karuana 2,5, V.Anand (Hindistan), Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşe-Laqrav (Fransa) 1 xal toplayıblar.

Bu turnirdə standart partiyada hər bir oyunçuya əlavəsiz 2 saat vaxt verilir. Partiyada qələbəyə görə 2, məğlubiyyətə görə 0 xal hesablanır. Tərəflər 4 saatlıq oyunun sonunda heç-heçə edəcəkləri halda, hər şahmatçının aktivinə yarım xal əlavə olunur və qalibi müəyyənləşdirmək üçün “Armagedon” oynanılır.