Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-08 16:40:00
Şanxay şagirdlərinin 56,6 faizi miopiyadan əziyyət çəkir

Çinin Şanxay şəhərinin orta məktəb şagirdlərinin və yeniyetmələrin 56,6 faizi miopiyadan (uzaqgörmə itiliyinin zəifləməsi) əziyyət çəkir.

AzEdu.az xəbər verir ki, şəhər səhiyyə idarəsinin yaydığı məlumata əsasən, uşaqlar arasında miopiya problemi əsasən yuxarı sinif şagirdlərində müşahidə olunur. Belə ki, yuxarı sinif şagirdlərinin 84,4 faizi bu göz problemi ilə üzləşib.

Məlumata əsasən, Şanxayda miopiyadan əziyyət çəkən şagirdlərin faiz nisbəti ölkə üzrə ümumi rəqəmdən 3 faiz yuxarıdır. Bildirilir ki, 6 yaşadək uşaqların 8,4 faizinin uzağıgörmə problemi var. İbtidai sinif şagirdləri arasında isə bu rəqəm 35,5 faiz təşkil edir.

Şəhər rəhbərliyi uşaqların görmə qabiliyyəti ilə bağlı problemlərin qarşısının alınması üçün xüsusi tədbirlər planı hazırlayıb. Bura açıq havada gəzinti, dərs otaqlarının işıqlandırılmasının təkmilləşdirilməsi və s. daxildir.

Qeyd edək ki, hazırda miopiya ən aktual göz problemlərindən biri hesab edilir. Mütəxəssislərin hesablamalarına görə 2050-ci ildə dünyada bu problemdən beş milyarddan çox insan əziyyət çəkəcək.