Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-08 15:33:00
Aşpaz ixtisasında təhsil alan tələbələrin bilik və praktiki bacarıqları qiymətləndirilib

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpaz ixtisasında təhsil alan tələbələrin bilik və praktiki bacarıqları qiymətləndirilib.

Peşə Təhsil Mərkəzindən AzEdu.az-a bildirilib ki, qiymətləndirmə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council” Azərbaycan nümayəndəliyi, turizm-xidmət sahələrinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Turizm və xidmət sahələri üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində aparılıb.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin, “British Council” təşkilatının, “Fairmont Baku” və “Hyatt Regency” otellərinin nümayəndələri layihə üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını qiymətləndiriblər.