Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-08 13:13:00
300-ə yaxın şəxs bu imtahanda iştirak üçün qeydiyyatdan keçib

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat davam edir.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, bu saata olan göstəricilərə əsasən, 2-ci imtahana qeydiyyatdan keçmiş namizədlərin sayı Azərbaycan bölməsi üzrə 247, rus bölməsi üzrə 29, ümumilikdə isə 276 nəfərdir.

Xatırladaq ki, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 14-də keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları