Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-08 10:14:00
Nadir Adilovdan DOSTyana addım – İşgüzar kitabların təqdimatı keçirildi - FOTO

 

1 saylı Bakı DOST mərkəzində DOST Agentliyinin təşkilatçılığı və “EKVİTA” MMC-nin dəstəyi ilə "Könüllü DOST"lar üçün "Könüllük: uğur formulu" adlı master-klass və "Gəncsən? Başla!", "MəqsədliSən?!", "Könüllülük: uğur formulu" adlı kitabların imza günü təşkil edilib.


Gənclərin işgüzar inkişafına dəstək məqsədi ilə müəllif tərəfindən yazılan kitablarda real və praktiki nümunələrə geniş yer verilib. Kitablar yeniyetmə, gənclər, tələbələr və könüllülərin işgüzar inkişafına dəstək məqsədi ilə yazılıb.


AzEdu.az xəbər verir ki, gənclərin işgüzar inkişafına dəstək məqsədi ilə Dr. dosent Nadir Adilov tərəfindən yazılan "Gəncsən? Başla!", "MəqsədliSən?!" və həmçinin həmmüəllif kimi qələmə aldığı "Könüllülük: uğur formulu" adlı kitabları müəllif tərəfindən DOST Mərkəzinin könüllülərinə, gənclərə imzalı təqdim olunub.


Tədbirdə həmçinin BMT-nin Könüllülük proqramının koordinatoru, xanım Kim Kiyoun təşkilatın könüllülük proqramı barədə təqdimatla çıxış edib. O, DOST könüllülərinə BMT-nin könüllülük proqramı və bu proqrama qoşulmaq barədə məlumat verib. Xanım Kiyoun onlayn könüllülük haqqında tədbir iştirakçılarının suallarını da cavablayıb.