XƏBƏRLƏR

07.06.2019 15:23
Abituriyentlərin yay qəbul imtahanları ilə bağlı ən çox verdiyi suallar – Cavablar AzEdu.az-da

 

 Yay qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv edilib.

 Elektron ərizələrində ali təhsil müəssisələrinin I‑IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da  iştirak etmək istədikləri halda göstərilən tarixlərdə qeydiyyatdan keçməlidirlər.

 AzEdu.az  yay qəbul imtahanları ilə bağlı ən çox soruşulan sualları və onların cavablarını diqqətə çatdırır:

-SUAL - Yay qəbul imtahanlarına ərizə qəbulu nə vaxta kimi davam edəcək?

- CAVAB-Yay qəbul imtahanlarına ərizə qəbulu iyunun 10-dək davam edəcək.

-SUAL - V ixtisas qrupu üzrə yay qəbul imtahanları keçiriləcək?

 - CAVAB- V ixtisas qrupu üzrə yay qəbul imtahanları keçirilməyəcək. Bu imtahan bir dəfə təşkil olunur. Cari ilin məzunları buraxılış imtahanlarında, əvvəlki ilin məzunları isə 28 apreldə bu imtahanı veriblər.

 Sadəcə olaraq, 15 mart – 15 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlərə ərizələrini doldurub təsdiq etməklə ali təhsil müəssisələrinin I-IV və V ixtisas qrupları, eyni zamanda kolleclərə ərizə təqdim edə bilmək şansı verilir.

 Məsələn, əgər siz buraxılış imtahanında iştirak edib 15 mart-15 aprel tarixlərində V ixtisas qrupu üzrə qeydiyyatdan keçməmisinizsə, bu zaman tələb olunan balı toplasanız belə V qrup üzrə nə qabiliyyət imtahanına, nə də ixtisas seçiminə buraxılmırsınız. Aktivləşdirilən sistem sizə həmin qrup üzrə yenidən ərizə qəbulunda iştirak etmək şansı yaradır. Bu hal kolleclərə qəbul prosesinə də şamil olunur.

-SUAL - Qəbul imtahanının I mərhələsində iştirak etməyənlər yay qəbul imtahanlarına buraxılır?

-CAVAB- Qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyənlər müsabiqəyə buraxılmırlar.

 -SUAL-Cari ilin məzunları üçün yay qəbul imtahanlarına nə qədər ödəniş tələb olunur?

 -CAVAB- Abituriyent 2019-cu ildə universitetə qəbul olunmaq üçün ona yaradılan ikinci şansdan (yay qəbul imtahanı) yararlanmaq, yəni yaz qəbul imtahanlarında iştirak edib, ikinci qəbul imtahanına qatılmaq istəyirsə, bu zaman 40 Azn ödəməlidir.

 -SUAL - Əvvəlki ilin məzunları üçün bu məbləğ necə müəyyənləşdirilir?

 - CAVAB - Əvvəlki illərin məzunları il ərzində qəbul imtahanında 1 dəfə iştirak edəcəkləri təqdirdə 40 azn, ikinci şansdan yararlanacaqları təqdirdə də əlavə 40 Azn, yəni 80 manat ödəniş etməlidirlər.

 

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu