XƏBƏRLƏR

07.06.2019 15:03
BŞTİ  müdiri vətəndaşları qəbul edib

 

 İyunun 7-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.

 AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev paytaxtdakı 291 nömrəli Ekologiya liseyində vətəndaşları qəbul edib.

 Qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı, əlavə tədris korpusunun tikilməsi, müəllimlərin işə qəbulu və yerdəyişməsi, I sinfə qəbul, birnövbəli sistemə keçid  və digər müvafiq məsələlərlə bağlımüraciət ediblər.

 İdarə müdiri vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.

 Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

 Qeyd edək ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

İlin gənc müəllimi-Müraciət formu