Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-07 14:50:00
Dövlət qulluğu üzrə imtahandan uğurla keçən namizədlərə sertifikatlarının verilməsinə başlanılıb

5 mayda dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

AzEdu.az xəbər verir ki, dövlət qulluğunun A növünə (inzibati rəhbər) aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından əldə edə bilərlər.