Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-07 13:12:00
Əli Kərimin oğlu Türkiyəyə 3 qızıl medal qazandırdı - Etibar Əliyev
 
"Fizika üzrə Avropa Olimpiadasında Türkiyə tələbələri 35 ölkə arasında 3 qızıl, 2 gümüş medal qazanıb. Bu tələbələrin qalibiyyətlərinin səbəbi isə müəllimləri Azər Kərimovdur".
 
Azedu.az  xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Etibar Əliyev paylaşıb.
 
O bildirib ki, tələbələrin qalib gəlməsində azərbaycanlı müəllimlərinin müstəsna rolu var:
 
"1-ci yeri (qızıl medal) Yunus Əmrə Parmaksız, Alkın Kaz və Abdurrahman Hadi Ərtürk, gümüş medal isə Kutay Akın və Bayram Alp Şahin adlı tələbələr qazanıb. Ümumilikdə 3 qızıl, 2 gümüş medal. Qardaş Türkiyə xalqını təbrik edirəm və Türkiyədə şagirdlərin Olimpiada bilik yarışlarına hazırlanmasında müstəsna rolu olan həmvətənimiz Azər Kərimovun (mərhum şair Əli Kərimin oğlu) rolunu xüsusilə qeyd etmək istəyirəm".