Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-07 12:49:00
DİM Direktorlar Şurası sədrinin müavini Namiq Babayev vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin müavini Namiq Babayev Şəki şəhərində vətəndaşları qəbul edəcək.

AzEdu.az xəbər verir ki, Şəkidə keçiriləcək qəbulda Şəki, Oğuz rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul iyun ayının 14-də saat 12.00-da Şəki şəhəri, Şəki Dövlət Dram Teatrının binasında keçiriləcəkdir (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prosp., 174).

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri  və ya DİM-in Şəki Regional Bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qəbula yazılmaq üçün Şəki və Oğuz rayon Təhsil şöbələrində 10 – 13 iyun 2019-cu  il tarixlərində saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.