Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-06 11:29:00
4 yaşlı qızı seldən xilas edən məktəbli mükafatlandırıldı-Foto

“VI sinif şagirdi Dəyanət İsrafilov 4 yaşlı Qızbikəni sel sularından xilas edib”

AzEdu.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

 O, bildirib ki, çayda batan 3 yaşlı Yusifi isə xilas etmək mümkün olmayıb:

“Şəkildə gördüyünüz bu oğlanın adı Qubanın Cimi kənd orta məktəbinin VI sinif şagirdi İsrafilov Dəyanətdir. Dəyanət həmkəndlisi, 4 yaşlı Qızbikəni sel sularından xilas edib. Çayda batan 3 yaşlı Yusifi isə xilas etmək mümkün olmayıb.

Dəyanəti Quba Rayon İcra Hakimiyyətinin başçısı qəbul edib və ona Milli qəhrəman Mübariz İbrahimovun portretini hədiyyə edib”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları