Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-06 09:54:00
İyunun II yarısında keçiriləcək imtahanların tarixləri -TƏQVİM

2019-cu ildə keçiriləcək imtahanların tarixləri Dövlət İmtahan Mərkəzi tərəfindən bir neçə müddətdir ki, açıqlanıb.

AzEdu.az DİM-in rəsmi saytına istinadən, iyunun II yarısında təşkil olunacaq imtahaların təqvimini diqqətə çatdırır:

15 iyun – TOEFL imtahanı;

16 iyun - Buraxılış imtahanları - Ümumi (9 illik) orta təhsil bazasında, II mərhələ, 3-cü istiqamət;

20 iyun - Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (digər komissiyalar üzrə);

20 iyun - Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya-dizayn ixtisası üzrə);

 23 iyun - Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı (II imtahan) – I və IV ixtisas qrupları üzrə;

27 iyun- Bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı;

29 iyun-TOEFL imtahanı;

30 iyun- Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı (II mərhələ);

30 iyun- İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanı (B növü);

30 iyun -Buraxılış imtahanları, II mərhələ - Ümumi orta bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün);

30 iyun- Orta ixtisas təhsil müəssisələrinə ümumi (9 illik) orta ixtisas bazasında qəbul imtahanı, II mərhələ (əvvəlki illərin məzunları).

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları