Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-06 09:31:00
Rezidentura imtahanlarının II mərhələsinə qeydiyyat davam edir

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat davam edir.

AzEdu.az xəbər verir ki, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib iyunun 10-dək qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, ixtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 14-də keçiriləcək.