Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-05 13:07:00
300-ə yaxın təhsil müəssisəsinə yeni qaz xətti çəkilib – Statistika

2016-2018-ci illərdə ölkə üzrə 376 təhsil müəssisəsində yararsız qaz sayğacları yenisi ilə əvəz olunub.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov məlumat verib.

Bildirilib ki, hazırda qazlaşdırma prosesi ölkənin 95 faizini əhatə edir. Əvvəlki illərdə tikilin məktəblərdə qazanxanalar dizel yanacağı və ya elektriklə işləyirdirlər. Lakin Nazirlik rəsmisinin sözlərinə görə, hazırda həmin ərazilərdə qaz olduğu üçün artıq qazlaşdırma işləri həyata keçirilir:

“Qazlaşdırma işi iki hissədən ibarətdir: yeni qaz sayğaclarınını quraşdırılması və yeni qaz xətlərinin çəkilməsi. 2016-2018-ci illərdə ölkə üzrə 376 təhsil müəssisəsində yararsız qaz sayğacları yenisi ilə əvəz olunub ki, bu da ümumilikdə 52 rayonu əhatə edib.  40 rayonu əhatə etməklə yeni qaz xətlərinin çəkilməsi isə 281 təhsil müəssisəsində reallaşdırılıb. Burada qaz xətlərinin çəkilməsi dedikdə həmçinin qazanxanada olan avandanlıqların dəyişdirilməsi və saygacların yenidən quraşdırılması da nəzərə tutulur”.