Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-05 12:20:00
Ölkədə 8 internat məktəbinin tikintisi planlaşdırılır – RƏSMİ

4 il ərzində ölkə üzrə ümumilikdə 393 məktəbin tikintisi planlaşdırılır.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov məlumat verib.

Bildirilib ki, 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramına əsasən, Bakı şəhəri üzrə ümumilikdə 10 məktəb tikintisi, 55 məktəbin əsaslı təmiri; regionlar üzrə isə 159 məktəbin tikintisi, 256 məktəbin əsaslı təmiri nəzərdə tutulub. Əlavə olaraq, 19 internat məktəbinin əsaslı təmiri, 8 peşə məktəbinin tikintisi planlaşdırılır.

Həmçinin 2023-cü ilin sonuna kimi ölkədə 224 modul tipli məktəbin quraşdırılıb təhvil verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, məktəb binası tikilərkən ilk növbədə həmin ərazidə yaşayan məktəbyaşlı uşaqların sayı və əhalinin artımı; əsaslı təmir zamanı isə məktəbin dayanıqlılığı, maddi-texniki vəziyyəti nəzərə alınır.