Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-05 11:08:00
İllik ödəniş əvəzinə plastik tullantılar tələb edən məktəb – FOTO

Hindistanda yerləşən Akshar məktəbində maraqlı aksiyaya start verilib.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, şagirdlər bu məktəbə gələrkən plastik torbalarını yanlarında gətirirlər. Məktəbin təsisçisi Mazin Mukhtar mediaya açıqlamasında qeyd edib ki, o, həyat yoldaşı ilə 2013-cü ildə New Yorkda tanış olduqdan sonra bu qərara gəlib:

“Hər ikimiz yoxsul uşaqlar üçün xüsusi hazırlanmış yeni bir məktəb qurmağı xəyal edirdik. “Aksharı” da elə tanış olduğumuz ildə, 2016-da qurduq”.

Məktəbin təsisçisi həmçinin aksiyanın məqsədi barədə də ətraflı məlumat verib:

““Plastiklərdən ibarət Məktəb Ödənişləri” layihəsini həyata keçirməzdən əvvəlki illərdə məktəb tamamilə ödənişsiz idi. Əslində, uşaqların məktəbə plastik gətirməsi ödənişdən əlavə, həm də ev tapşırığı kimi bir şey idi. Buna məktəb ödənişi deməyimizin səbəbi valideynlərə bunu xatırlatmaq idi: məktəb tamamilə ödənişsizdir, amma ən azından təmiz və quru plastik tullantılarınızı bizə göndərərək həm bizə, həm də özünüzə kömək etmiş olarsınız.

Hər kəs üçün ödənişsiz məktəb qurmaq istəyirdik, ancaq bu ərazidə orataya çıxan daha böyük bir sosial və ekoloji problemin fərqinə vardığımızda ağlımıza belə bir fikir gəldi. Yaxın çevrədə yaşayanlar hər dəfə plastik yandırdıqda sinif otaqları zəhərli qazlarla dolurdu, hələ də xatırlayıram. Buralarda isinmək üçün plastik tullantıları yandırmaq normal hal olaraq qəbul edilir. Biz bunu dəyişdirmək istədik və şagirdlərimizi “məktəb ödənişi” olaraq platik tullantıları bizə gətirmələri üçün təşviq etməyə başladıq”.

Qeyd edək ki, uşaqların çoxu bu məktəb açılmadan əvvəl yaxınlıqdakı mədənlərdə işləyib, gün ərzində təxminən 2.50 dollar qazanırmışlar. Bu məktəbdə həmçinin yuxarı siniflər aşağı siniflərə dərs keçirlər.