XƏBƏRLƏR

04.06.2019 14:05
Təhsilini yarıda qoyan kollec tələbəsi faciəvi şəkildə öldü

Tovuz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AzEdu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyunun 1-də Qovlar qəsəbəsində yaşayan 18 yaşlı gənc elektrik vurması nəticəsində dünyasını dəyişib.

Kənd sakini Vüqar Rövşən oğlu ötən il Dövlət İqtisad Kollecini ödənişli əsaslarla qəbul olub. Ailəsinin maddi sıxıntısını nəzərə alaraq təhsilini donduraraq hərbi xidmət öncəsi işləmək istəyib. Vüqar həm də universitetdə təhsil alan bacısının xərclərini qarşılamaq məqsədilə qaynaqçının yanında fəhlə kimi işləməyə başlayıb. İş prosesi zamanı dəmir borunu qaynaq edərkən ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub və oradaca vəfat edib.

İyunun 21-də 18 yaşı tamam olacaq Vüqarın adına iyunun 23-ü tarixinə hərbi xidmətə çağırış kağızı gəlibmiş.

Qeyd edək ki, iki il öncə Vüqarın dayısı oğlu, 23 yaşlı Əmrah Abdullayev də Tovuz rayonunda elektrik vurması nəticəsində vəfat edib.

İlin gənc müəllimi-Müraciət formu