Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-04 13:20:00
MİQ üzrə müsabiqədə ötən il toplanan bal builki vakansiya mərhələsi üçün yararlıdır - ƏLA XƏBƏR  

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulunun cari ilin 24 iyun tarixində başlanılması planlaşdırılır.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə ümumilikdə 24 iyun-26 avqust tarixlərini əhatə edəcək.

Bəs namizədlər keçən il MİQ müsabiqəsindən topladıqları balla  builki vakansiya seçimi mərhələsində iştirak edə bilərlər?

Namizədlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edirik.

AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, namizədlər keçən il MİQ müsabiqəsindən topladıqları balla  builki vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən təşkil edilir. Yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlər cari tədris ilində keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları