Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-04 12:35:00
Rəsədxana Yeni ayın görünməsi ilə bağlı məlumat yaydı

Şamaxı Astrofizika Rəsədxanası Yeni ayın görünməsi ilə bağlı rəsmi açıqlama yayıb. 

Rəsədxanadan AzEdu.az-a daxil olan məlumata görə, Yeni ay iyunun 3-də 14:03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib:

"Təzələnmiş ayın Hilalının görünməsi yalnız Ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur.

Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın Hilalını gözlə görmək mümkün olar. Odur ki, Azərbaycan Respublikasının üfüqündə Şəvval ayının Hilalı bu gün (axşam saatlarında 20:20 / 21:06 ərəfəsində) gözlə görünəcək".