XƏBƏRLƏR

04.06.2019 10:50
Slovakiyada təhsillə bağlı ən çox verilən suallar – Cavablar  

Avropada dövləti olan Slovakiyada son zamanlar təhsil sürətlə inkişaf edir.     

Son illərdə burada təhsil almaq istəyənlərin sayı artmaqdadır.

AzEdu.az bu dəfə Slovakiyada təhsillə bağlı sual və cavabları təqdim edir. 

-Slovakiya universitetlərinə qəbul olmaq üçün nə tələb olunur?

-Slovakiya universitetlərinə qəbul üçün attestat, TOEFL və ya IELTS dil sertifikatları, motivasiya məktubu lazımdır.

-Slovakiya universitetlərində magistr dərəcəsinin təhsil müddəti nə qədərdir?

 -Slovakiya universitetlərində magistratura təhsilinin müddəti ixtisaslara uyğun olaraq, ya bir, ya da iki il olur.

 -Hazırda XI sinfin şagirdiyəm və təhsilimi bitirdikdən sonra Slovakiyada davam etdirmək istəyirəm. Bilmək istərdim ki, Slovakiya universitetlərinin bakalavr dərəcəsinin müddəti nə qədərdir?

-Slovakiya universitetlərində bakalavr dərəcəsinin təhsil müddəti ixtisaslara uyğun olaraq, üç və  ya da dörd ildir. Universitetlərdə təhsil haqqı 1000-5000 avro arasında dəyişir.  Yaşayış xərcləri  isə illik 2500-4000 avro civarında ola bilər. Ümumiyyətlə, Slovakiyada bir tələbənin aylıq xərci 300-400 avrodur.

-Hazırda Azərbaycan Dillər Universitetinin III kurs tələbəsiyəm.Bilmək istərdim ki, Slovakiyada hansı sahələr üzrə təhsil daha çox inkişaf edib?

-Şərqi Avropa  ölkələrində  əsasən informasiya texnologiyaları sahələri çox güclüdür. Slovakiyada isə humanitar sahələr üzrə təhsil  daha çox  inkişaf  etməkdədir.  

-Slovakiya universitetlərində tədris hansı dillərdə olur?

-Slovakiya universitetlərində tədris proqramları slovak və ingilis dilindədir.

-Slovakiya təhsil almaq üçün viza prosedurası necə olur?

-Şərqi Avropa ölkələrində təhsil vizası almaq üçün  bank hesabında 5000 avrodan başlayan qiymətlərdə vəsaitin olması tələb edilir. Viza prosedurası zamanı universitetin illik təhsil haqqının yarısı ödənilməlidir. Həmçinin,  bu proses zamanı valideynlərin iş yerindən arayış, universitetə qəbul məktubları da lazım olur.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu