Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-04 10:05:00
Qorxmayın, İELTS-ə hazırlaşın!  

Xaricdə təhsil almaq üçün iki beynəlxalq ingilis dili imtahanından birini vermək tələb olunur: TOEFL və IELTS. Dünyanın tanınmış universitetləri xaricdən tələbə qəbul edərkən bu imtahanları tələb edirlər.

Dünyada təxminən 2 mindən çox universitet və kollec IELTS imtahanının nəticələrini qəbul edir. Əsasən Böyük Britaniyada təhsil almaq istəyən tələbələr bu imtahandan keçirlər.

İELTS imtahanını Azərbaycanda da  vermək olar. Azərbaycanda  bu imtahan “British Council”  şirkəti tərəfindən təşkil edilir.  

Ölkədə imtahana kifayət qədər maraq göstərənlər var. Ancaq bəzən kiməsə İELST imtahanına hazırlaşmaq çox çətin gəlir.

Bəs psixoloji baryeri necə aşıb IELTS sertifikatını qazanmaq olar?

Jurnalist Eldar Tanrıverdiyev də üzərində çalışıb IELTS qazananlardandır.

AzEdu.az xəbər verir ki, E.Tanrıverdiyev Modern.az-a deyib ki, bu sertifikatı almaq üçün hazırlaşanlar ilk növbədə ingilis dilində hansı səviyyədə olduqlarını dəqiq şəkildə müəyyənləşdirməlidir.

“Bunun üçün isə internetdə onlayn testlərdən istifadə edə bilərlər. İELTS imtahanı dörd moduldan ibarətdir. Mənim üçün ən çətin modul Writing olmuşdu.

Speaking-i  yaxşılaşdırmaq üçün mümkün qədər  dost, tanışlar  ilə bu dildə danışsınlar və nəyisə yanlış deməkdən çəkinməsinlər. Ümumiyyətlə bu modulla bağlı müəllimlə söhbət edərkən şablon hekayələrdən uzaq olsunlar, original hekayə nümunələri üzrə çalışsınlar. Bu halda onların speaking üzrə balları yüksək olar. Listening-ə lə bağlı xeyli sayda ingilis dilində materiallar dinləməyi, serial və filmlərə baxmağı məsləhət görərdim. Sadəcə diqqət yetirsinlər ki baxdıqları, seyr etdikləri Britaniya, ingiliscəsində olsun. Reading sırf oxumaqla bağlı bir məqamdır. Nə qədər çox mütaliə etsələr bu moduldan daha yüksək qiymət almaq şansları da çox olar”.

Jurnalistin sözlərinə görə namizədlərin ən çox çətinlik çəkdiyi modul - Writing-dir.

“Bu məsələdə hazırlıq müəllimindən daha çox hər şey namizədin özündən asılıdır. Bu modulla bağlı müəllim yalnız istiqamət verə bilər. Moduldan uğurlu nəticə qazanmaq üçün xeyli sayda akademik söz balansına malik olmaq lazımdır. Bir də ən əsası praktikadır. Maksimum şəkildə tələbələr praktikanı çox həyata keçirsinlər və qoyulan tapşırıqları verilən vaxt müddətində həll etməyə çalışsınlar. İmkan olduqca, İELTS imtahanının həyəcanını dəf etmək üçün sınaqlara getsinlər. Bildiyim qədəri ilə Bakıda müxtəlif kurslar İELTS-lə bağlı sınaqlar edirlər və onların qiyməti də elə baha deyil.

Mən imtahana hazırlaşanlara  ieltsliz.com saytını məsləhət görərdim. Özüm də  imtahana hazırlaşanda bu saytı daima izləyirdim. Saytın özəlliyi ondan ibarət idi ki, burada İELTS-ün bütün modullarına aid xeyli sayda materiallar var. Həm də saytda olan xüsusi forumda bütün dünyadan olan namizədlər hər həftə öz imtahanlarına düşən və ağıllarında qalan sualları burada digər istifadəçilərlə bölüşürlər. Düşünürəm ki, bu olduqca faydalıdır və digər istifadəçilərə son imtahanda olan mövzular, tapşırıqların strukturu barədə məlumatlar əldə etməyə imkan verir.

Hazırda İELTS-ə dair yaxşı  bloqlar, səhifələr var ki, bu da onların öz bilgilərini təkmilləşdirməyə bir xeyli yardım edə bilər”.

Gülnar Baxşəliyeva da İELTS sertifikatını qazananlardan olub. Hal-hazırda bu istiqamətdə  müəllimə kimi tələbələr yetişdirir.

O da bildirir ki, İELTS-də əsas məsələ praktikadır.

“Bildiyiniz kimi imtahan 4 moduldan  ibarətdir.

“Ümumiyyətlə İELTS imtahanı çətin olur. Mən özüm qəbul imtahanında yüksək bal yığıb universitetə daxil olmuşdum. Ancaq İELTS-dəki kimi həyəcanlanmamışdım”.

Məqsədim bu yolda hazırlaşanları qorxutmaq deyil, ancaq müəyyən qədər əziyyət tələb edir. Əziyyət çəkmədən nələrəsə nail olmaq olmur. Burda əsas məsələ odur ki, hər 4 modul üzrə gərək hər gün praktik məşqlər edilsin. Uğurlu nəticə əldə etməyin ən böyük açarı praktikadır.

Mən özüm listening modulundan çox istifadə etmişdim. Writing-lə və reading-ə səbrim çatmırdı, ona görə də bu modullarda nəticələr listening-ə nisbətdə zəif oldu.

Bir müəllimə kimi  bu yolda hazırlaşanlara, hətta öz tələbələrimə də tövsiyəm odur ki, praktikaya çox önəm versinlər. Maksimum çox işləsinlər. Uğurlu nəticə əldə etmək üçün ingilis dilini yaxşı bilmək lazımdır. Bundan əlavə də söz bazanız kifəyət qədər çox olmalıdır, bura akademik və akademik olmayan sözlər da daxildir.

Sertifikatı əldə etməyin əsas yollarından biri də, ingilis dilli verlişlərə, sənədli filmlərə tez-tez baxmaqdır.

Əgər kifayət qədər praktikanız varsa, bu yolda inamlı addımlamaq sizin üçün asan olacaq. Əks tədqirdə praktikanız yoxdursa , hazırlıq müddətində dayanmadan əzmlə çalışmalısınız. Uğura aparan yol inam və dözümdən keçir”.