Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-04 09:05:00
Bu universitetimiz diplomlarının Türkiyədə “tanınmamasını” təkzib etdi- Realda isə...

 

“Azərbaycan Texnologiya Universiteti Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) tərəfindən tanınmır”

Bu sözləri AzEdu.az-a “Vision Academy” Tədris Mərkəzinin Türkiyədə təhsil üzrə mütəxəssisi Rəşad Abbasov deyib.

O, bildirib ki, YÖK-ə edilən müraciətlər əsasında bizə verilən sənədlər bunu deməyə əsas verir:

“Doğrudur, hələ də YÖK-ün rəsmi saytında bununla bağlı bir paylaşım yoxdur.  Amma real olan bir şey var ki, verilən “tanınırıq” sənədləri bu universitetlərdə oxuyan və Türkiyədə təhsil almağı hədəfləyən dostların arzularını gözündə qoyacaq.

Ümid edirik ki,  Təhsil Nazirliyi və adı keçən universitet bu məsələnin həlli ilə bağlı müvafiq işlər görəcək”.

Rəşad Abbasov bildirib ki, əvvəlki illərdə  Türkiyə universitetlərinə qəbul olan tələbələrin də artıq qeydiyyatı silinməyə başlayıb:

“Türkiyənin Muğla Sıtkı Koçman Universitetində magistr dərəcəsində təhsil alan  bir azərbaycanlı tələbənin artıq qeydiyyatı silinib. Onu da bildirim ki, universitetdən çıxarılan tələbə Azərbaycan Texnologiya Universitetinin bakalavr dərəcəsinin məzunudur”.

Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətinin rəhbəri Xəyalə Məmmədova isə bildirib ki, universitetlərinin YÖK tərəfindən  tanınmayan ali təhsil müəssisələrinin siyahısına daxil olmasına dair heç bir sənəd daxil olmayıb:

“Təkcə Azərbaycan Texnologiya Universiteti yox digər ali məktəblərin də YÖK tərəfindən tanınmayan təhsil müəssisələrinin siyahısına daxil edilməsinə dair sosial şəbəkələrdə məlumat yayılıb. Onu da bildirim ki, Azərbaycan Texnologiya Universitetinə  YÖK tərəfindən “tanınmasına” dair heç bir rəsmi sənəd daxil olmayıb. Hazırda Təhsil Nazirliyi və universitet rəhbərliyi bununla bağlı  araşdırma aparır. Əgər hər hansı bir nəticə olarsa yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə də yayılan məlumata görə, Türkiyənin Ali Təhsil Qurumu – YÖK- Odlar Yurdu Universiteti və Azərbaycan Texnologiya Universitetini "tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib. Yəni bu universiteti bitirənlər məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura dərəcəsində təhsil ala bilməyəcəklər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları