Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-03 17:13:43
Rektor tələbələri fəxri fərmanla təltif etdi - FOTO  

Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) fondun yaradılmasının 20 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq tələbələr arasında keçirilmiş “Uğurlu səhm seçimi” (“Stock Pitch”) müsabiqəsinin final mərhələsinin qalibi Bakı Mühəndislik Universitetinin  tələbələrdən ibarət “Stockholmers” komandası olub.

AzEdu.az xəbər verir ki, 11 universitetdən 63 komandanın iştirak etdiyi müsabiqədə BMU–nun komandasının təqdimatları, investisiya seçimi və analitik təhlil bacarıqları, eyni zamanda sual-cavab hissəsinə hazırlıqları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Komanda təşkilatçılar tərəfindən I yer üçün 5000 AZN pul mükafatına layiq görülüblər.

Bakı Mühəndislik Universitetinin  rektoru, professor Havar Məmmədov qalib komandanın üzvləri, İqtisadiyyat və İdarəetmə fakültəsinin Biznesin idarəedilməsi ixtisasının tələbələri Eldar Nəbizadə, Dürdanə Nəzərli,Nigar Qulamova və Reyhan Şərifli ilə görüşüb.

Rektor tələbələri təbrik edib və ölkəmizdə gənclərə yaradılan şəraitdən, həmçinin təhsilin insan həyatındakı rolu barədə məlumat verib. Tələbələrin uğurlarını yüksək qiymətləndirən professor Havar Məmmədov onları Fəxri fərmanla təltif edib.

Görüşdə universitetin Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə və İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Mayis Əzizov da iştirak edib.

Tələbələr müsabiqənin mahiyyəti və iştirakları barədə rektora ətraflı məlumat veriblər.

Bildiriblər ki, “Stock pitch” səhm üzrə investisiya ideyasının xülasəsidir. Yarışmada qalib olmalarının əsas səbəbi tələb müvafiq xüsusiyyətlərə uyğun səhmin seçimi, həmin səhm üzrə kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə alaraq təhlillərin həyata keçirilməsi və təhlilin nəticəsinin investisiya təklifi kimi inandırıcı şəkildə təqdim etmə bacarıqları olub.

Sonda xatirə şəkli çəkdirilib və tələbələr diqqətə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.