Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-03 16:50:00
Sloveniyada təhsil almağın özəllikləri - Ekspert tövsiyələri  

Son illər xarici ölkələrlə əlaqələrin genişlənməsi, dünyaya inteqrasiya nəticəsində, gənclərin xaricdə təhsilə marağı daha da artıb.

Gənclərin xaricdə təhsildə diqqət göstərdikləri ölkələrdən biri də Sloveniyadır.

Avropada dövləti olan Sloveniyanın rəsmi dili slovendir.

Sloveniyanın bir sıra universitetləri var ki, dünyanın ən yaxşı ali təhsil müəssisələri siyahısına daxildir. Ölkənin üç böyük ali təhsil müəssisələri isə Lyublyana Universiteti, Maribor Universiteti və Primorska Universitetidir. Dünya universitetlərinin akademik sıralamasına görə, Lyublyana Universiteti dünyanın 500 ən yaxşı ali təhsil müəssisələrindən biridir.

“Xaricdə ucuz qiymətə təhsil almaq istəyən gənclər  Sloveniyada oxuya bilərlər

Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev bildirib. Onun sözlərinə görə, digər Avropa ölkələri ilə müqayisədə Sloveniya universitetlərində təhsil haqqı ucuzdur:

“Sloveniyada  dövlət universitetləri üstünlük təşkil edir. Ölkənin universitetlərində təhsil haqqı 600-2500 avro arasındadır. Universitetlərdə tədris  slovak, rus, ingilis dilindədir. Sloveniyanın vizasını almaq da rahatdır. Amma viza almaq üçün qeydiyyat prosesindən keçmək çətindir.

Tələbənin bank hesabında 3000 avro məbləğ olarsa asanlıqla viza ala bilər. Onu da bildirim ki, Sloveniyada təhsil orta səviyyəlidir”.

Həsən Əliyev Sloveniyada təhsil almaq üçün viza prosedurasının asan olduğunu da bildirib:

“Digər Avropa ölkələri ilə müqayisədə Sloveniyada yaşayış şərtləri ucuzdur. Sloveniyada aylıq yaşayış xərci üçün 300 avro kifayət edir. Onu da bildirim ki, ölkədə yataqxanalar da ucuzdur. Sloveniyada yataqxanaların qiymətiaylıq 35-40 avrodur. Əlavə olaraq bildirim ki, Sloveniya universitetlərinə qəbul fevral ayında başlayıb, avqustda bitir. Ölkənin ali təhsil müəssisələrinə magistr qəbulu ildə iki dəfə bakalavr isə bir dəfə aparılır.

Sloveniya universitetlərinə qəbul üçün IELTS 5.5 bal kifayət edir. Ölkəni ali təhsil müəssisələrinə qəbul prosesi sloven dilində də aparılır.  Sloveniya universitetlərində bakalavr təhsilinin müddəti 4, magistr isə 1-2.5 ildir”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları