Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-02 14:10:00
Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələrinə daha çox təsir edən  amillər-VACİB BİLGİ

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzi  yerdəyişmə müsabiqəsi zamanı sosial amillərlə əlaqədar namizədlərin topladıqları balın hesablanması qaydası ilə bağlı infoqrafik məlumatı müəllimlər üçün tərtib edib.

 Azedu.az xəbər verir ki, infoqrafikada qeyd olunan sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyat zamanı ərizələrinə aşağıdakı sənədləri yükləməlidirlər:

Əri və ya arvadı hərbçi olduqda:
- nikah haqqında şəhadətnamənin surətini, 
- ər və ya arvadın hərbçi olduğunu təsdiq edən sənədin (xidməti vəsiqə və ya arayış) surətini, 
Şəhid ailəsinin üzvü olduqda:
- şəhid ailəsinin üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin surətini 
İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə:
- həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surətini 


Yuxarıda qeyd olunan şərtləri ödədikdə:
- Sosial amilləri təsdiq edən bütün sənədlərin surətini