Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-01 11:29:00
Bakıda tələbə qız özünü 3-cü mərtəbədən atıb

Bakının Nərimanov rayonunda intihara cəhd hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, ONA-nın məlumatına görə, hadisə Mirəli Qaşqay 97 ünvanında baş verib.

Şəmkir rayon sakini Məmmədova Kamilə (ad şərtidir) kirayə yaşadığı binanın üçüncü mərtəbəsindən özünü yerə atıb.

Yaralı sınıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, intihara cəhd edən şəxs Bakı Dövlət Universitetinin III kurs tələbəsidir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.