Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-01 10:54:00
Yeni tədris ilində ən çox plan yeri bu universitet üçün ayrılıb

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrində 41.086 plan yeri ayrılıb.

AzEdu.az xəbər verir ki, növbəti dərs ilinə ən çox plan yeri Bakı Dövlət Universiteti (BDU) üçün proqnozlaşdırılıb.

Universitetdə 6320 plan yeri ayrılıb ki, bu da ötən illə müqayisədə 425 plan yerinin çoxluğu deməkdir.

2018/2019-ci tədris ilində BDU-da ayrılan 5895 plan yerindən 5580-nə qəbul həyata keçirilib. Bu, o deməkdir ki, proqnozlaşdırılan plan yerlərinin 97.4 % -i dolub.

Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindəki plan yerlərinin dəqiq sayı ilə bu link vasitəsilə tanış ola bilərsiz: 15335