Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-01 09:30:00
Komitə sədri: “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması işlərinə başlanılıb

"Ali təhsil haqqında" yeni qanun layihəsinin hazırlanması üçün ilkin hazırlıq işlərinə başlanılıb.

AzEdu.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Milli Məclisdə yay tətili ərzində layihənin ilkin versiyasının hazırlanması nəzərdə tutulur: "Düşünürük ki, layihə yay tətili ərzində hazır olsun. Onu MM-in payız sessiyasına təqdim etməyə çalışacayıq".

İ.Həbibbəyli qeyd edib ki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" qanunun bir bölməsi ali təhsil üzrədir:

 "2009-cu ildən sonra dünya təhsil sistemində böyük dəyişikliklər olub. Çalışacağıq ki, həm dünya təcrübəsində olan dəyişikliklər, həm də Azərbaycan təhsilindəki yeniliklər, perspektivlər layihədə öz əksini tapsın".