Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 17:21:03
Yaz qəbul imtahanlarında bu qədər abituriyentin nəticəsi ləğv olundu  

İxtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında ümumilikdə 23 nəfərin nəticəsi ləğv olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

I və IV ixtisas qrupları üzrə keçirilən imtahanda qaydaları pozduğuna görə 11, II və III ixtisas qrupları üzrə keçirilən imtahanlarda isə 12 nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Xatırladaq ki,Dövlət İmtahan Mərkəzi bu gün II və III ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları