XƏBƏRLƏR

31.05.2019 17:14
Azərbaycanda bu məktəblər bağlanır

Hazırda Bakı şəhərində 7 məktəbdə axşam-qiyabi növbəsində dərs keçirilir. 1 ildən sonra bu məktəblər fəaliyyətini dayandıracaq.

AzEdu.az xəbər verir ki, bunu Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev “Məktəbəhazırlıq; Eksternat imtahanların keçirilməsi” mövzusunda çıxışı zamanı deyib. Nazirlik rəsmisi bildirib ki, axşam-qiyabi məktəblərinin ləğv edilmə səbəbi icbari təhsilin 9 illik olması ilə bağlıdır. 

"Əvvəl icbari təhsil 11 illik idi. Ona görə də 9-cu sinifdən sonra təhsilini dayandıran şəxslər attestat almaq üçün təhsili tam mənimsəməli idi. Axşam məktəblərində isə 2 illik dərs 3 ilə keçirilirdi. 2 il əvvəl axşam məktəblərində təhsil alan şagirdlərin sayı 700-ə yaxın idi. Artıq 10-cu sinifdən sonrakı müddətdə axşam məktəbinə müraciət olmadığı üçün gələn ildən bu məktəblər fəaliyyətini dayandıracaq". 

F.Həmzəyev qeyd edib ki, axşam məktəblərində 18-dən yaşdan yuxarı, 40 yaşa qədər insanlar təhsil alırdı. O, həmçinin eksternat qaydada imtahan verənlərin 30-50 faizinin müsbət qiymət aldıqlarını qeyd edib. 

"Onlar 10 fənn üzrə imtahan verirlər və qısa müddətdə bu fənlər üzrə hazırlaşa bilmədikləri üçün imtahandan uğurla keçə bilmirlər. Bu imtahanlara müəyyən müddətdən sonra təhsildən yayılan şəxslər cəlb edilir ". 

İlin gənc müəllimi-Müraciət formu