XƏBƏRLƏR

31.05.2019 13:37
II və III qruplar üzrə keçirilən qəbul imtahanlarının nəticələri bu gün açıqlanacaq

19 mayda keçirilən qəbul imtahanlarının nəticələri bu gün elan olunacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Qeyd olunan tarixdə II və III ixtisas qrupları üzrə təşkil olunan yaz qəbul imtahanlarının cavablarının günün sonunadək açıqlanması nəzərdə tutulur.

Abituriyentlər iş nömrələrini 7727-ə göndərməklə nəticələri ilə tanış ola bilərlər. 

Nəticələr eyni zamanda "dim.gov.az" saytında da yerləşdiriləcək.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu