XƏBƏRLƏR

23.04.2018 11:12
Təhsilə hamıdan çox ehtiyacı olanlar - VİDEOREPORTAJ

Bir çox ölkələrdə əlilliyi olan uşaqlar digərləri ilə birlikdə məktəbəqədər təhsil müəssisələrində, orta və ali məktəblərdə təhsil alırlar.

Şəxslərin cəmiyyətə məhz bu cür inteqrasiyasına inklüziv təhsil deyilir. Xüsusi təhsil müəssisələri isə sağlamlıq imkanları məhdud olan şəxslərin təlim-tərbiyəsi və sağlamlığının bərpası üçün təşkil edilir. Əgər hansısa şəxsdə fiziki, əqli və ya psixi ləngimələr varsa, ona xüsusi təhsil verilməlidir.

Nəsimi rayon 11 saylı xüsusi məktəbdə də autizm, daun və bir sıra əqli geriliyi olan təxminən 150 uşaq təhsil alır.

Nəzrin Cavid

Nəzrin Rüstəmova