Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 12:00:00
Müəllimlərin yerdəyişməsi üzrə müsabiqəsinə çıxarılan vakant yerlərin sayı – Böyük rəqəm   

Cari ildə müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə 5000-dən çox vakant yer çıxarılması planlaşdırılır.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.

Bildirilib ki, vakant yerlər arasında Kimya, Biologiya, İngilis dili, İbtidai sinif müəllimliyi ixtisasları çoxluq təşkil edir.

Qeyd edək ki, müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na  əsasən təşkil edilir.

Müsabiqəyə elektron sənəd qəbulu 3 iyun tarixində başlanılacaq və 1 həftə davam edəcək. Ümumilikdə isə yerdəyişmə müsabiqəsi 3-24 iyun tarixlərini əhatə edəcək.

Yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlər cari tədris ilində keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.