Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 11:49:13
Müəllimlərin işə qəbulu üzrə müsabiqə nə zaman keçiriləcək? - DƏQİQ TARİX  

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulunun cari ilin 24 iyun tarixində başlanılması planlaşdırılır.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.

Bildirilib ki, elektron sənəd qəbulunun iyul ayının 4-nə qədər davam edəcəyi nəzərdə tutulur.

Məlumata əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqə ümumilikdə 24 iyun-26 avqust tarixlərini əhatə edəcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən təşkil edilir.

Yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlər cari tədris ilində keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.