Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-30 15:34:00
Xaricdə doktorantura təhsili gənclərimizə buları qazandıracaq-Prorektordan şərh

“Dünya ölkələrində doktorantura dərəcəsinin məzunu olanlar elmi dərəcə alırlar.  Həmçinin, təhsilin doktorantura dərəcəsini bitirənlər elmi vəzifəyə (Academic positiona) müraciət hüququ qazanırlar”.

Bu sözləri AzEdu.az-a Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov deyib.

O, bildirib ki, hazırda PHD proqramlarında  ən populyar ixtisaslar dəqiq elmlər, kompüter və genetika mühəndisliyidir: 

“Doktorantura ali təhsilin son dərəcəsidir. Bu mərhələnin məzunları daha çox akademik karyera üçün düşünənlərdir. Doktorantura dərəcəsində təhsil ilə bərabər, tədqiqat qabiliyyəti də tələbələrə aşılanır. Doktorantura  bitirənlər elmi dərəcə alırlar.  Həmçinin, təhsilin doktorantura dərəcəsini başa vuranlar elmi vəzifəyə (Academic positiona) müraciət hüququ qazanırlar. Onu da bildirim ki, elmi vəzifə isə “assistant professor” , ”assosiat professor” və “full professor” şəklində olur. Buradakı ixtisas isə magistr və bakalavr təhsilinin davamı olmalıdır.  

Hazırda PHD proqramlarında ən populyar ixtisaslar dəqiq elmlər, kompüter və genetika mühəndisliyidir.  Həmçinin, iqtisadiyyatın yeni sahələri də doktorantura dərəcəsinin populyar ixtisaslarından hesab olunur”.

Elçin Süleymanov vurğulayıb ki, azərbaycanlılar daha çox tibb, mühəndislik və iqtisadiyyat sahəsi üzrə doktorantura dərəcəsində təhsil almaq üçün xarici ölkələrə gedirlər:

“Nazirlər Kabineti bu günlərdə dövlət hesabına doktorantura oxumaq istəyənlərin prioritet ixtisasların qərarını qəbul etdi. Buraya təbiət, aqrar elmlər, tibb, texniki, təhsil, tarix, sosiologiya, hüquq, ixtisasları daxildir. Düşünürəm ki, qeyd edilən ixtisasların hər biri vacibdir. 

Doktoranturanı digər təhsil dərəcələrindən fərqləndirən cəhəti burada dissertasiyanın yazılmasıdır. Həmçinin, doktorantura dərəcəsində nəticələr impakt faktorlu jurnallarda nəşr olunmalıdır. Eyni zamanda, bəzi ali təhsil müəssisələrində dissertasiya işi biznes qurumunun maliyyələşdirdiyi layihələr olur ki, universitet prosesdən pul, doktorant isə diplom qazanır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları