Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-30 10:10:00
Avroliqa finalının könüllü tələbələrinə hansı güzəştlər olunacaq?-İmtahan, qaiblər və s.  

Dünən Bakıda UEFA Avropa Liqasının final qarşılaşması keçirildi (Bakı Olimpiya stadionu, “Çelsi” –“Arsenal”). “Çelsi”nin 4-1 hesabı ilə qalib gəlib, çempion adını qazandığı  final maçı kifayət qədər yüksək səviyyədə təşkil olunmuşdu. Həm oyun, həm də oyundan əvvəlki təşkilati məsələlərdə könüllülərin də xidməti danılmazdır. Xüsusən də tələbə könüllülər qonaqları, xarici azarkeşləri razı salmaq üçün əllərindən gələni əsirgəmir, əsl qonaqpərvərlik nümunəsi göstərirdilər.

Bəs, tələbə könüllülərə nə kimi güzəştlər tətbiq olunacaq?

Bakı Slavyan Universitetinin  tələbəsi Nəcəf Nəcəfli AzEdu.az-a açıqlamasında futbola marağı çox olduğu üçün könüllülük qərarına gəldiyini deyir:

“Futbola, dünənki qarşılaşmaya maraq və sevgim böyük olduğu üçün könüllü olmaq qərarına gəldim. Proses çox maraqlı keçir.

Könüllülərə bəzi sahələrdə güzəştlər olsa da imtahanla bağlı hələlik heç nə deməyiblər.  Birinci imtahan İngilis dili fənnindəndir. Düzü heç yaxşı hazırlaşmamışam. Güzəşt olunacağına ümid edirəm”.

Memarlıq və İnşaatUniversitetinin III kurs tələbəsi Sabir Məmmədlidə dünənki oyuna könüllü edən  futbol sevgisi olub:

“Futbola marağım çox olduğu üçün könüllü olmağa  qərar verdim. Bu oyunun bizə faydası çox oldu. Birincisi UEFA-nın sertifikatını alacağıq. Daha sonra,  könüllülərə bəzi mükafatlar verilir, transport xərclər ödənir. Düzdü imtahanla bağlı hələ heç nə deməsələr də qaiblərlə bağlı güzəştlər edilir”. 

Bakı Mühəndislik Universitetinin II kurs tələbəsi Zöhrab Qurbanlı könüllülüyün bir çox sahədə avantajını yaşadığını bildirib:

“Könüllülüyə Formula-1 oyunları ilə  başlamışam.  Bunun bir çox sahədəavantajını yaşayırıq. Ən əsası da bir çox milli və dünya əhəmiyyətli tədbirlərdə iştirak şansı əldə edirik.

İmtahanlara gəldikdə isə hələ dəqiq bir söz deməsələr də qaiblərdəgüzəştlər edilib”.

Azərbaycan Dillər Universitetinin I kurs tələbəsi Turan Mehdiyevkönüllülükdən zövq aldığını deyir:

“Könüllülük prosesi əla gedir. Bundan sözün əsl mənasında, zövq alıram. Düzdü, bəzən düşdüyümüz yerə görə biraz sıxıcı ola bilər amma  mənim olduğum yerdə hər şey çox yaxşıdır. Bəzən deyirlər ki,  könüllülük dərsə mane olur amma bu belə deyil”.

Rəna Nəbi