Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-30 09:31:05
“Şagird və valideynlər universitetlərə imtahansız qəbulun qaydalarını dərindən bilməlidirlər” - Çünki...  

"Son 4 ildə də respublika fənn olimpiadaları qalibləri ali məktəblərə qəbul imtahanında təxmini 640-650 baltoplayıblar. Hətta Riyaziyyat fənnindən qalib gəlib, 690 bal toplayanlar da olub”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil TV-də yayımlanan “Həftənin sualı” verilişində Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzinin rəhbəri Fuad Qarayev deyib. O, olimpiada qaliblərinin universitetlərə imtahansız qəbulu ilə bağlı qərarı şərh edərkən bildirib ki, onun olimpiada hərəkatına müsbət təsiri birmənalı şəkildə, çox olacaq:

“Şagird və valideynlər həmişə mənə bu sualla müraciət edirdilər: olimpiadada iştirak etmək bizə nə verəcək?

Bu sualı nəzərə alsaq, Nazirlər Kabineti çox önəmli qərar qəbul edib.

Onsuz da dünyanın nüfuzlu universitetləri bizim beynəlxalq olimpiada qaliblərini oxumağa dəvət edirdilər. Əminəm ki, bu qərar yüzlərlə şagirdin beynəlxalq olimpiadada iştirakına gətirib çıxaracaq.

Son 4 ildə də respublika fənn olimpiadaları qalibləri ali məktəblərə qəbul imtahanında təxmini 640-650 bal toplayıblar. Hətta Riyaziyyat fənnindən qalib gəlib 690 bal toplayanlar da olub.

Artıq respublika olimpiadalarının qalibləri universitetə məhdud ixtisaslar üzrə müsabiqədənkənar qəbul olunacaqlar. Şagird və valideynlər bu qərarla yaxından tanış olmalı, qaydaları dərindən bilməlidirlər. Amma əminəm ki, bu qərardan sonra olimpiadaya maraq dəfələrlə artacaq”.

Qeyd edək ki, respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri mayın 27-də  bəlli olub. Olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə  274 nəfər qalib elan olunub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları