XƏBƏRLƏR

30.05.2019 08:50
Dronları neyron aktivliklə idarə edən şlem yaradılır

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) fikrin gücü vasitəsilə pilotsuz uçan aparatları idarə etməyə imkan verən sistem yaradır.

AzEdu.az ICTnews-a istinadən bildirir ki, hazırda sınaq mərhələsində olan layihəyə iki istiqamətli "beyin-kompüter" interfeysini yaradan müxtəlif ali məktəblərin mütəxəssisləri cəlb olunub. İnterfeysin köməyi ilə təkcə uçan aparatları deyil, eyni zamanda məsafəli idarəetməyə malik digər avadanlıqları idarə etmək mümkün olacaq.

Məlumata görə, sistem idarəetmə üçün operatordan dərinin üst qatına bərkidilən və neyronların elektron siqnallarını oxuyan ötürücülərin yerləşdirilməsini tələb edir.

Yeni texnologiya barədə ətraflı məlumat verməyən "DARPA" nümayəndələri hazırda hərbçilərə çevik hərbi əməliyyatlarda iştiraka imkan verəcək bir sıra qurğuların hazırlanmasını bildiriblər. Bu halda pilotsuz sistemlərlə yanaşı, süni intellektin cəlb edilməsi nəzərdə tutulur.

İlin gənc müəllimi-Müraciət formu