Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-30 08:57:00
Magistraturanın II mərhələsi ilə bağlı narazılıqlar yalnız bu yolla həll oluna bilər - DİM rəsmisindən izah  

“Əgər hər hansı bakalavr yazı işində işarə xarakterli nəsə yazarsa, “mənim sevimli müəllimim filankəsdir” deyə yoxlamada iştirak edən ekspertin adını qeyd edərsə, bu hallar məxfiliyin pozulması kimi qiymətləndirilir. Həmin yazı işlərinə “sıfır” bal verilir. Yoxlama prosesində şəffaflığın pozulmasından söhbət belə gedə bilməz”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin Magistratura üzrə sektorunun müdiri Məhəbbət Əkbərli deyib. Onun sözlərinə görə, bakalavrların yazı işləri kodlaşdırılır və kompüterlərəyerləşdirilir:

“Yazı işində heç bir ad olmur. İş nömrəsi əvəzinə şərti kodlar qeyd olunur. Çünki yazıda iş nömrəsi olduğu təqdirdə bakalavr yoxlamada iştirak edən tanıdığı ekspertə bu kodu ötürə bilər. Ekspert ona təqdim olunan yazının kimə məxsus olduğunu bilə bilməz.

Əgər hər hansı bakalavr yazı işində işarə xarakterli nəsə yazarsa, “mənim sevimli müəllimim filankəsdir” deyə yoxlamada iştirak edən ekspertin adını qeyd edərsə, bu hallar məxfiliyin pozulması kimi qiymətləndirilir. Həmin yazı işlərinə “sıfır” bal verilir. Burada şəffaflığın pozulmasından söhbət belə gedə bilməz”.

Məhəbbət Əkbərli qeyd edib ki, yazı işləri 5 ballıq şkala ilə qiymətləndirilir:

“Prosesdə ali məktəb müəllimləri, hazırdamediada çalışan praktik jurnalistlər də iştirak ediblər. Məsələn bu il yoxlamada “Xalq qazeti”nin əməkdaşı, Bakı Dövlət və Slayvan  Universitetlərinin müəllimləri, Teleradio Akademiyasının məsul şəxsi iştirak edib.

Yoxlama prosesində iştirak edən müəllim illərdir, formalaşmış bazadan seçilir. Bazada ali məktəblərdə jurnalistikadan tədris aparan müəllimlər, mətbuatda çalışan əməkdaşlar, həm də Mətbuat Şurasının üzvləri yer alır.

Bütün bunlarla yanaşı, yoxlama prosesiylə bağlı hər hansı bakalavrın narazılığı varsa, Apellyasiya Komissiyasına müraciət edib iradlarını bildirə bilərlər. Açıq Apellyasiya deyilən proses var ki, bu zaman həm yazı işlərini qiymətləndirənşəxsləri, həm də namizədi DİM-ə dəvət edirik. Onlar üzbəüz müzakirələr edirlər. Qiymətlər izah olunur, yoxlamanın qiymət meyarlarına uyğunluğu göstərilir.

Əgər yoxlamada hər hansı problem aşkar olunarsa, bu zaman Apellyasiya Komissiyası müvafiq qərar çıxarıla, qiymət namizədin xeyrinə artırıla və ya qüvvədə saxlanıla bilər”.

Xatırladaq ki, dünən magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub.

İmtahan nəticələri açıqlansa da, Jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bəzi bakalavrlar arasında narazılıqlar ortaya çıxıb.

Namizədlər II mərhələdə yazılan essenin (yazı işinin) düzgün qiymətləndirilməməsindən və prosesdə “tapşırığın” mühüm rol oynamasından şikayətçidirlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları