Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-29 18:02:44
Avroliqanın finalında tələbələr üçün bu güzəştlər olmalı idi – Gənclərin istəkləri  

Bu gün ölkəmiz daha bir möhtəşəm tədbirə ev sahibliyi edəcək.  23:00 baş tutacaq Avroliqanın final qarşılaşmasını –Çelsi- Arsenal oyununu-izləmək üçün paytaxta dünyanın müxtəlif yerindən turistlər axın edib.

Elə ölkəmizdə də oyunun həvəslə gözləyənlərin sayı az deyil.

Bəs, görüşü izləmək üçün  lazımı bilet qiymətləri necə, futbol həvəskarlarının üzünü güldürürmü? Bildiyimiz kimi, futbola baxmaq istəyənlərin əksəriyyəti həm də tələbə kəsimidir. Onların isə maddi durumu hər kəsə məlum...

Tələbələr final oyunu ilə bağlı nə kimi güzəştlərin tətbiqini istərdilər? 

Bakı Dövlət Universitetinin II kurs tələbəsi Əli Aslanov stadionda əzilməkdənsə, oyunu evdən izləməyin tərəfdarıdır:

“Mən futbola evdən baxmağın tərəfdarıyam. Stadionda əzilməkdənsə,yarışı  televizordan izləmək daha yaxşıdır. Oyunlarla bağlı  yaranan tıxacları azaltmaq üçün, kütləvi nəqliyyat vasitələrinin sayının artırılmasına ehtiyac var.

Əksəriyyət biletlərinbahalığından şikayətlənsə də  məncə, əksinə normaldır. Ən azından oynayan komandaları nəzərə alsaq, bu qiymətin  heç də çox olmadığını görərik. 

Oyun haqda fikrimə gəldikdə isə məncə 3:2 Arsenal qalib gələcək”.

Bakı Dövlət Universitetinin I kurs tələbəsi Kamranİmanov:

Bir biletin qiyməti 150 manatdır. Bu da təbii ki, tələbə cibinə uyğun məbləğ deyil. Qiymətlərin heç olmasa 50 manat olmasını istərdim. Bir də biletlər yalnız plastik kartla yox nağd da satılmalıdır.

Özüm Çelsi tərəfdarıyam, onun da qalib gələcəyini düşünürəm. 

Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi Aysel Paşayeva:

“Biletlər çox yüksək olduğu üçün tələbə kimi  çoxumuzun onları əldə etməyə imkanı çatmır. Tələbələrə ya güzəştlər edilsə, ya da onlara xüsusi imkanlar yaradılsa yaxşı olardı.

Məsələn, onlara oyunlarla bağlı sual-cavab edib, qaliblərə hədiyyə biletlər vermək olar. Əks halda, hər hansı tələbənin bu məbləği ödəməyə imkanı olacağına inanmıram”.

Azərbaycan Dövlət İqtisad Universitetinin III kurs tələbəsi Samir Camalov hazırki qiymətlərlə tələbələrin bilet alacağına inanmır:

“Biletlərin qiyməti çox bahadır. Tələbələrin cibinə uyğun heç olmasa 50% endirim edilsə yaxşı olardı. Bu  qiymətlərlə inanmıram ki, tələbələr bilet ala bilsinlər.

Məbləğ 20-30 manat olsa  cibə daha uyğun olardı”.

Azərbaycan Texniki Universitetinin I kurs Ayxan Bayramov:

“Asan Xidmət” könüllüsü olduğum üçün yarışları pulsuzizləyəcəyəm.

Ümumi qiymətlərə gəldikdə isə bir tələbənin ödəməsi üçün çox bahadır. Məntiqlə düşündükdə bir tələbədə biletə verəcək 30 euro çətin olsun.

Digər bir AZTU tələbəsi Nizam Ağahüseynli tələblər üçün xüsusi yerlərin yaradılmasını təklif edir:

“Tələbələrin yarışı izləməsi üçün xüsusi yerlər ayrılsa,  yemək içki və biletlərdə endirim edilsə,  daha yaxşı olardı. Bir də yarışla bağlı yaranacaq tıxacların qarşısını almaq üçün xüsusi dayanacaqlar yaradılmalıdır”.

Rəna NƏBİ