Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-29 11:04:06
Xaricdəki tələbələrimizin aylıq məsrəfləri: “Əgər restorana getməsəm, 950 avro xərcim çıxır”  

Xarici  ölkələrdə təhsil almaq istər dünyagörüşünün formalaşması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir. Elə buna görə də hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə gənclər xaricdə oxumağı qarşılarına məqsəd qoyurlar.

Xarici ölkələrdə tələbəlik həyatı nə qədər maraqlı olsa da, bir o qədər də çətindir. Bu çətinliklərdən ən başlıcası isə maddiyyatla bağlıdır.

Maraqlıdır, xaricdə təhsil alan bir tələbənin aylıq xərci nə qədər olur?

AzEdu.az-ın əməkdaşı bununla bağlı  xaricdə təhsil alan bir neçə tələbənin fikrini öyrənib.

Çinin Xiamen Universitetinin tələbəsi Sadiq Əhmədsoy bildirib ki, təhsil aldığı ölkədə aylıq xərclik üçün 1400 dollar məbləğ lazımdır:

“Çində təhsil alan tələbələrin aylıq xərcləri onların keçirdikləri həyat tərzinə bağlıdır.  Xiamen Universitetində  aldığımaylıq  təqaüd 450 dollardır. Düşünürəm ki, bu məbləğ sakit həyat tərzi üçün kifayət qədər normaldır.

Hətta Çində təhsil alan tələbə yataqxanada qalırsa, biraz pul yığıb, səyahətdə edə bilər. Onu da bildirim ki, Xiamen şəhərində aylıq 450 dollar xərclik  normal həyat tərzi üçün kifayət deyil. Xiamen şəhərində normal yaşayış üçün aylıq təxminən, 1300-1400 avro  tələb olunur;Çinin ən bahalı şəhərlərindən biridir. Xiamen şəhərində birotaqlı ev üçün aylıq kirayə 300 dollardır. Ümumiyyətlə, burada heç kim ikiotaqlı  evdə kirayə yaşamağı düşünmür.

Xiamen şəhərində kirayə evlərin qiymətini soruşduqda əvvəlcə inanmırdım. Çünki buradakı kirayə evlərin qiyməti olduqca bahadır. 

Tələbə olaraq aldığımız  450 dollar təqaüd azərbaycanlılar üçün yüksək məbləğ görünə bilər. Amma burada normal həyat səviyyəsi üçün bu məbləğ kifayət deyil. Onu da  bildirim ki, Xiamen şəhərinin sakinləri də varlıdır. Amma Çinin ən böyük problemlərindən biri ölkənin regionları arasında inkişaf və gəlirlər sahəsində balansın pozulmasıdır”.  

Estoniyanın Tartu Universitetində oxuyan Sevil Cəfərova isətəhsilaldığı ölkədə aylıq xərclik üçün 400 avro kifayət etdiyini bildirib:

“Tartu şəhərində yeməyi evdə bişirmək şərti ilə, yataqxananın kirayəsi daxil olmaqla aylıq xərc 250-300 avrodur. AmmaTartu şəhərindərestoranlarda çox yemək yedikdə, paltar aldıqda aylıq xərc də  çoxalır. Onu da bildirim ki, digər Avropa ölkələri ilə müqayisədə Estoniyada aylıq xərclik azdır. Ümumiyyətlə, Estoniyada aylıq 400 avro ilə rahat dolanmaq olar.Tartu şəhərində ikiotaqlı evin kirayəsi 350 avrodur. Burada kommunal xərclər isə  200 avroya yaxındır. Estoniyada təhsil alanlar üçün  yataqxanada qalmaq daha sərfedicidir”. 

Hollandiyanın Tilburq Universitetinin tələbəsi Səbuhi Osmanovun sözlərinə görə, təhsil aldığı ölkədə aylıq xərclik 950 avrodur:

“Hollandiyanın Tilburq şəhərində yaşayan tələbələrin aylıq xərci təxminən, 550-950 avrodur. Tilburq şəhərində kirayə evlər  300-700 avro arasında  dəyişir. Amma nadir hallarda 260-300 avro arasında kirayə evlər tapmaq olar”. 

İtaliyanın LaSapienza Universitetinin tələbəsi Abdulla Həsənli bildirib ki, təhsil aldığı ölkədə aylıq xərclik 750 avro təşkil edir:

“İtaliyada kirayə yaşadığım evdə kommunal xərclər 390 avrodur. Həftəlik bazarlıq xərci isə 35-40 avro arasında dəyişir. Onu da bildirim ki, ayda bir dəfəböyük bazarlıq olur ki, bu da 60-70 avro tələb edir. Digər əlavə xərclərə də aylıq xərclik 700-750 avro sərf olunur.

Əlavə olaraq bildirim ki, İtaliyanın Roma şəhərində  ucuz evlər tapmaq mümkündür; 250-300 avro

Almaniyanın Auqsburq Universitetinin tələbəsi Nadir Nadirov vurğulayıb ki, təhsil aldığı ölkədə aylıq xərc  təxminən,  720 avrodur:

“Almaniyada tələbənin yaşam xərcləri qaldıqları evin qiymətinə görə  dəyişir. Burada normal yaşayış üçün aylıq təxminən, 720 avro  tələb olunur. Hazırda Almaniyanın Bavariya vilayətində yaşayıram. Onu da bildirim ki,  Bavariya Almaniyanın ən böyük və bahalı ərazilərindən biridir. Buna baxmayaraq,aylıq yaşayış xərcim 500 avro civarında olur”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları