Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-29 10:00:00
İnsanın Marsa uçacaq tarix açıqlandı

 

Ekspertlərin qiymətləndirməsinə əsasən, Marsa planlaşdırılan uçuş 2039-cu ildən tez baş tutmayacaq.

AzEdu.az bildirir ki, NASA 2033-cü il üçün "Qırmızı planet"ə insan göndərməyə hazırlaşır. NASA-ın direktoru Cim Braydenstaynın fikrinə görə, 2024-cü ildə Aya planlaşdırılan pilotlu uçuş, Marsa ediləcək uçuş üçün işləri sürətləndirərək, təhlükəsizliyi təmin edəcək dayanacaq vasitə olacaq. Lindon Conson adına Kosmik Mərkəzin kosmosda yaşam mühitinin hazırlanması üzrə aparıcı mütəxəssis Robert Hovardın sözlərinə görə, digər planetə uçuş 2037-ci ildən tez olmayacaq. Ən nikbin hesablamalara görə, Marsa uçuş, prinsipcə 2027-ci ilə mümkün olsa da, az ehtimal edilir.

Kosmik uçuşlar əsasən siyasətdən və ayrılan sərmayədən asılıdır. Eyni zamanda yeni skafandrların hazırlanmasında, təhlükəsizlik sistemlərin yaradılmasında, qida təminatı sahəsində yeniliklərin edilməsində NASA-nın əsas rolu var. Ən gec halda planetlər arası uçuş 2060-cı illərdə baş verəcəyi gözlənilir.