Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-28 13:02:00
Magistraturaya qəbulun II mərhələsinin nəticələri bu gün açıqlanacaq - RƏSMİ

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanının ikinci mərhələsinin nəticələri bu gün elan olunacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 27 binada aparılıb.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb.

Xatırladaq ki, mayın 27-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları