Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-27 15:50:24
“Qəbul göstəriciləri yaxşı deyil, keçid balları aşağı düşə bilər” - ACI PROQNOZ  

“Fikrimcə, bu il keçid balları aşağı düşəcək. Çünki abituriyentlərin buraxılış və qəbul imtahanlarındakı göstəriciləri o qədər də yaxşı deyil”.

Bu sözləri AzEdu.az-aaçıqlamasında təhsil üzrə mütəxəssis Adil Vəliyev deyib. Onun sözlərinə görə, kolleclərə imtahansız qəbul qərarı ölkə təhsilində yenilik oldu və  müsbət qarşılandı:

“Şagirdlər olimpiadalarda yer tutmaq üçün əziyyət çəkirdilər. Ancaq xarici ölkələr gəncləri olimpiada nəticələrinə görə universitetlərə dəvət edirlər.

Kollec bitirənlər də universitetlərə imtahansız qəbul olunacaqlar. Bu da yaxşı xəbərdir. Kollec məzunları  heç yerdə iş tapa bilmirdilər. Qaranlıq məqam odur ki, onlar XI siniflərlə eyni anda müsabiqədə iştirak edəcəklər. Bu da qəbul prosesində problemlərə səbəb olacaq. Yenilik etmələri xoş haldır, amma bütün yenilikləri ilin sonuna saxlamaqla cavabsız sualların meydana gəlməsinə səbəb olurlar”.

Adil Vəliyev qeyd edib ki, 200 bal toplayan abituriyentlə kollec tələbəsinin bilik və bacarıqları təxminən eynidir:

“Kollecə qəbul olan tələbə universitetə daxil ola bilmədiyi üçün burada oxuyur. Hər kəsə kolleclərdə dərslərin keyfiyyətinin aşağı səviyyədə olduğu məlumdur. Məncə indiki halda kollec bitirən şəxs vaxt itkisindən başqa heçnə əldə etmir”.

Xatırladaq ki, ötən ilin yayında Təhsil Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi əsasında “Təhsil haqqında” Qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub.

Son iki günün aktual mövzusuna çevrilən yeni qərarlar da məhz bu düzəlişlər əsasında təsdiq olunub. Belə ki, “Təhsil haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, subbakalavrlar (orta ixtisas peşə təhsili müəssisələri bitirənlər) həmçinin, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər, eləcə də, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri  ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna biləcəklər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları