Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-26 14:55:00
Məşhurların övladları: Aynur Sofiyevanın qızları - FOTO

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... 

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

Budəfəki təqdimatımız Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyevanınqızları barəsindədir.

 
O Aynur Sofiyeva ki, vaxtilə Azərbaycanın qadın şahmatçısı kimi hən keçmiş SSRİ məkanında, həm də dünyada ad-san qazanmışdı.
A.Sofiyeva 19 iyul 1970-ci ildə Qax şəhərində anadan olub. 1977-ci ildə Qax şəhərindəki 1 nömrəli məktəbin ikinci (birbaşa) sinifinə daxil olub, 1986-cı ildə həmin məktəbi qızıl medalla bitirib.

1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. 1991-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünas ixtisası alıb.

1998-2000-ci illərdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparıcı məsləhətçi, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışıb. 
İkinci çağırış (2000-2005) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olub. 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanıb. 20 yaşında tələbələr arasında dünya çempionu, həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medalçısı olub. 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb. 2002-2007-ci il illərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti olub.

2007-cı ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.

Ailəlidir, iki qız övladı var.

Qeyd edək ki, Aynur Sofiyeva keçmiş futbolçu və hazırkı məşqçi Yunis Hüseynovun həyat yoldaşıdır. Cütlük 1990-91-ci illərdə tanış olub, evlənib.

Övladları haqda danışarkən A.Sofiyeva Modern.az-a müsahibələrinin birində “ailədə bacım olmadığından ən yaxşı rəfiqəm anam olub. Bu gün o missiyanı iki qız övladım davam etdirir. Daha doğrusu, ən yaxın rəfiqələrim qızlarımdır” deyib.


A.Sofiyevanın böyük qızı İngiltərədə bakalavr təhsili alıb. Kiçik qızı isə ADA Universitetində oxuyub. 

“Qızlarım şahmatla məşğul olmağı çox istəyirdilər. Böyük qızım iki yaşı olanda şahmat fiqurlarını artıq tanıyırdı. Lakin həmin dövr mənim yorğun vaxtıma düşdü və şahmatla məşğul olmasına nə şərait yaratdım, nə də imkan verdim”.