Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-26 11:55:00
1285 abituriyent Azərbaycan dili fənnindən imtahan verib 

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində keçirilən Azərbaycan dili fənni üzrə imtahanda üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün Azərbaycan dili fənnindən ikinci test imtahanı keçirilib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 4 binada aparılıb.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayıb. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatıb. 

İmtahanda iştirakı nəzərdə tutulan (9 illik və 11 illik təhsil bazasında ) 1285 (368+917) nəfərdən 784 (220+564) nəfəri oğlan, 501 (148+353) nəfəri qızdır. Onlardan 1156 (325+831) nəfər orta ümumtəhsil müəssisələrinin builki, 129 (43+86) nəfər isə əvvəlki illərin məzunlarıdır.

İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 98 nəzarətçi-müəllim ayrılıb.