Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-25 20:25:00
Azərbaycan alimi beynəlxalq konfransda çıxış edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin akademik-katibi, Aşqarlar Kimyası İnstitutunun (AKİ) direktoru, akademik Vaqif Fərzəliyev mayın 28-dən 30-dək Belarusun paytaxtı Minskdə keçiriləcək “Xammalın və yanacağın alternativ mənbələri” mövzusunda VII beynəlxalq elmi-texniki konfransda iştirak edəcək.

 

AKİ-nin aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev AzEdu.az-a bildirib ki, akademik Vaqif Fərzəliyev konfransın plenar iclasında məruzə ilə çıxış edəcək və bölmə iclaslarından birinin sədri olacaq.

O, konfrans çərçivəsində müştərək beynəlxalq tədqiqatların aparılması və institutlararası əlaqələrin inkişaf etdirilməsi üçün belaruslu həmkarları ilə müzakirələr aparacaq.