Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-25 17:52:00
Məktəbliləri onurğa əyriliyindən belə qoruyun

Dərs yükünün ağırlığı məktəbli çantalarının çəkisinin artmasına səbəb olur. Son vaxtlar məktəblilər arasında getdikcə artan skalioz, kixoz kimi onurğa əyriliklərinin əsas səbəbini məhz çantaların ağırlığında görənlər də az deyil. Üstəlik heç də bütün məktəblərdə şagirdlərin düzgün qaməti üçün nəzərədə tutulmuş normativlərə əməl edilmir. Onurğada əyrilik oğlan uşaqları ilə müqayisədə qızlarda daha çox rast gəlinir.

Məktəblilərdə onurğa əyriliyinin qarşısını almaq üçün tövsiyələr:

-Yeniyetməlik dövrü başlamadan əvvəl uşaqlara idman vərdişi qazandırmaq lazımdır.

-Masa və ya kompüter arxasında oturan uşaqlara dik əyləşməli olduqlarını xatırlatmaq lazımdır.

-İstifadə etdikləri çanta bədən ölçülərinə uyğun olmalıdır.

-Artıq çəki onurğa əyriliyinə səbəb olduğuna görə, düzgün qidalanmağa diqqət etmək lazımdır.

-Uşağın onurğasına təsir edəcək formada sərt və yumşaq yataq seçilməməlidir.