Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-25 16:24:00
İngilisdilli ölkələrdə təhsil almaq istəyənlər bunları mütləq bilməlidirlər - Xaricdə təhsil bələdçisi

İngilisdilli ölkələrdə təhsil almaq üçün həmin universitetlərin əksəriyyəti ingilis dili haqqında sənəd tələb edir. Dünyada ən məşhur ingilis dili imtahanlarından biri də  TOEFL-dir.

 TOEFL (Test of English as a Foreign Language) İngilis dili səviyyəsini qiymətləndirən beynəlxalq imtahandır.  Bu imtahan dünyanın demək olar ki, bütün universitetləri tərəfindən qəbul olunur. TOEFL – un özünəməxsus xüsusiyyətlərindən biri onun internet vasitəsilə verilməsidir. Belə imtahan forması   IBT (İnternet based  TOEFL) adlanır. Amma TOEFL imtahanını  yazılı şəkildə də vermək olar. Yazılı TOEFL imtahanı internetin olmadığı yerlərdə təşkil olunur. Bu imtahan forması isə  PBT (Paper based TOEFL) adlanır.

TOEFL iBT imtahanı ali təhsil səviyyəsində ingilis dili üzrə bacarıqları istifadə etmək, oxuyub anlamaq və s. meyarları ölçmək üçün vasitədir. Bu imtahan vasitəsilə oxuma, yazma, dinləmə, danışma üzrə bacarıqları tətbiqetmə dərəcəsi müəyyən edilir.

İmtahan vaxtının bölgüsü və müddəti:

Oxu - 60-80 dəq.

Dinləmə - 60-90 dəq.

10 dəq. fasilə

Danışma - 20 dəq.

Yazı - 50 dəq.

İl ərzində TOEFL iBT üzrə keçirilən imtahan günlərinin sayı ingilis dili üzrə bacarıqları yoxlayan digər imtahanlarla müqayisədə daha çoxdur.

İmtahanlararası 12 gün fasilə vermək şərtilə istənilən qədər imtahanda iştirak etmək mümkündür.

 Azərbaycanda TOEFL iBT imtahanın keçirilməsində mərkəz rolunu oynayan Dövlət İmtahan Mərkəzidir:

İmtahanlara qeydiyyat aşağıdakı qaydada aparılır:

  İmtahana qeydiyyatdan keçmək üçün TOEFL iBT-nin internet səhifəsində şəxsi hesab açmaq;

-ETS təşkilatının internet səhifəsində şəxsi hesab yaratmaq üçün linki (https://toefl-registration.ets.org/TOEFLWeb/extISERLogonPrompt.do) açıb, “Register” bölməsinə keçdikdən sonra “Sign up” bölməsinə daxil olmaq və tələb olunan xanaları doldurmaqla təsdiq etmək;

Şəxsi hesab yaratdıqdan sonra, oradan “My Home Page” bölməsində “Register for a TestOrder Score reports”-a daxil olmaq;

Qeydiyyatdan keçmək üçün TOEFL Test bölməsinə daxil olmaq, sonra “I agree” düyməsini seçmək;

Növbəti səhifədə ölkəni, şəhəri, tarixi seçdikdən sonra təqdim olunan test mərkəzləri siyahısından “State Examination Center” seçmək;

Qeyd: Ödəniş edilmədikdə qeydiyyat yekunlaşmış hesab edilmir.

Qeydiyyatdan keçmək üçün öncədən tələb olunan vəsaitlər:

-Ödəniş plastik kart vasitəsilə həyata keçirilir. İmtahanda iştirak etmək üçün ödəniş haqqı 180 ABŞ dollarıdır. İmtahan rüsumlarının ətraflı bölgüsü ilə linkdə tanış ola bilərsiniz: https://www.ets.org/toefl/ibt/about/fees/

- Qeydiyyatdan imtahandan bir həftə əvvəl keçmək lazımdır. Əgər vaxtında qeydiyyatdan keçməmisinizsə, test mərkəzində boş yerlər olduğu təqdirdə imtahan gününə 4 gün qalmışa qədər əlavə gecikmə rüsumunu (50 ABŞ dolları) ödəyərək qeydiyyatdan keçmək mümkündür (əlavə məlumat linkdə:https://www.ets.org/toefl/ibt/register/)

Qeydiyyatdan keçmək üçün daha ətraflı məlumatı https://www.ets.org/Media/Tests/TOEFL/pdf/4677_TOEFL_Reg_Guide.pdf  linkindən əldə edə bilərsiniz.

2019-cu ildə TOEFL imtahanlarının DİM test mərkəzi tərəfindən aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:

1,15 29 iyun,6, 13 iyul, 3 avqust, 7sentyabr, 21 sentyabr, 28 sentyabr, 12, 26 oktyabr,  2 noyabr

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları